top
Sumqayıtda ipoteka vədi ilə 12 min manat aldı, Topazda uduzdu
15 avqust 2026, 17:01
- +

Sumqayıtda ipoteka vədi ilə 12 min manat aldı, "Topaz"da uduzdu

Sumqayıtda ipoteka ilə ev almaq istəyən şəxsə qarşı dələduzluq edən həbs olunub.

Məlumata görə, təqsirləndirilən Zaur Abbasov (şərti adla) etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib.

İttiham aktına görə, zərərçəkən Firuzə (şərti adla) Sumqayıt şəhərində Mənzil İnşaat Dövlət Agentliyinə məxsus binalardan ipoteka ilə ev almaq istəyib. Bunun üçün Zaur ona kömək edəcəyini deyib və qarşılığında ümumilikdə 12375 manat pul alıb.

Lakin Zaur Firuzəyə nə ev almaqda kömək edib, nə də aldığı pulları qaytarıb.

Zərərçəkənin şikayəti əsasında Zaur Abbasov istintaqa cəlb olunub və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, aldığı pullardan 8000 manatı "Topaz"da uduzub, qalanını isə özünə xərcləyib. Zaur Abbasovun sözlərinə görə, o, Firuzədən bu qədər pul ala biləcəyini düşünməyib. Məqsədi mərc oyunlarından çoxlu pul udmaq, sonra isə Firuzənin pullarını qaytarmaq olub. Lakin işlər istədiyi kimi getməyib. Z. Abbasov yekunda törətdiyi əməldən peşman olduğunu deyib.

Zərərçəkmiş şəxs isə ifadəsində ya dəymiş ziyanın tam ödənilməsini, ya da Zaurun həbs olunmasını istəyib.

Məhkəmənin qərarı ilə Z. Abbasov 2 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: Lent.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:00

Sumqayıtda məhəllədaxili yol PARKİNQƏ çevrilib

Bütün xəbərlər
Dünən, 17:58

SDU-da "SmarTech-I" müsabiqəsinin finalı keçirildi

Bütün xəbərlər
Dünən, 17:18

Təmizlənir, amma yenə zibillənir: Sumqayıtda sakinlərdən sərt təklif

Bütün xəbərlər
Dünən, 16:10

Sumqayıtda istirahət günü 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Birinci sinfə elektron qəbul yenidən BAŞLAYIR

Bütün xəbərlər
Dünən, 15:15

Həyəti su basdı, ərazini üfunət bürüdü - Sumqayıtda qəza

Bütün xəbərlər
Dünən, 14:21

Zakir Fərəcov SDU-nun tədris korpusundakı təmir işləri ilə tanış oldu

İdman
Dünən, 13:44

"Sumqayıt" doğma meydanına bu tarixdə qayıdacaq - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:05

"Sumqayıt" bu gün meydana çıxır - rəqib "Şamaxı"

Bütün xəbərlər
Dünən, 12:30

35 il çörək daşıyan Novxanı sakini: "Çörəyin qədrini bu peşə öyrətdi"

Bütün xəbərlər
Dünən, 11:41

Məşhur həkim Sumqayıtda yaşadığı günləri xatırladı

İdman
Dünən, 10:45

"Sumqayıt" Mamadi Banqreni transfer etdi - RƏSMİ

Bütün xəbərlər
Dünən, 10:12

Sumqayıtda məktəbin yanında ürəkbulandıran vəziyyət

Bütün xəbərlər
Dünən, 09:18

İlk baxışdan səhraya bənzəyən ərazi Sumqayıtda stadion imiş...

Bütün xəbərlər
11 sentyabr 2026, 18:15

Adı dünyanın 7 nüfuzlu universitetinin qəbul siyahısında olan sumqayıtlının uğur hekayəsi

Bütün xəbərlər
11 sentyabr 2026, 17:47

"İşləmək imkanlı olmaq demək deyil" – təhsil kreditləri ilə bağlı yeni təklif

Bütün xəbərlər
11 sentyabr 2026, 17:15

Kanalizasiya problemi, dözülməz şərait, çarəsiz Sumqayıt sakinləri

Bütün xəbərlər
11 sentyabr 2026, 16:45

Sumqayıtda "ağıllı su şəbəkələri" tətbiq olunacaq

Bütün xəbərlər
11 sentyabr 2026, 16:15

Ötən il 20 minə yaxın şəxs əmək qabiliyyətli yaşda ölüb

Bütün xəbərlər
11 sentyabr 2026, 15:45

"İnandır və qalib gəl" – Sumqayıtlı gənclər üçün yeni yarış

İdman
11 sentyabr 2026, 15:15

Burkina Faso yığmasının vingeri "Sumqayıt"a gəlir?

Bütün xəbərlər
11 sentyabr 2026, 14:45

17-ci mikrorayonda sakinlər susuz qaldı - Qurumdan açıqlama

Bütün xəbərlər
11 sentyabr 2026, 14:15

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
11 sentyabr 2026, 13:45

Sumqayıt məhkəməsində DTX-nin həbs etdiyi şəxslərə cəza verildi

Oxşar xəbərlər