Sumqayıtda itlərə qarşı amansız rəftar davam edir.
Sumqayit24.az xəbər verir ki, növbəti belə tükürpədici hadisə 26-cı məhəllədə qeydə alınıb. Yerli sakinlərin redaksiyamıza verdikləri məlumata görə, naməlum şəxslər ərazidə yaşayan iti zəhərləyiblər. Dilsiz canlı yarıcan vəziyyətdə binanın blokuna gəlib və burada ölüb.
Xatırladaq ki, Milli Məclis heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələrin artırılmasını təsdiqləyib.