Sumqayıt şəhər 45 nömrəli körpələr evi - uşaq bağçasında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir baş tutub. Bu haqda 18 may tarixində Sumqayıt24 İH-yə istinadən xəbər verir.
Tədbirdə icra başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva iştirak ediblər. Öncə Dövlət Himni səsləndirilib, ümummilli lider və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İcra başçısı tədbirin təşkilatçılarına təşəkkürlərini bildirib və balaca fidanlara uğurlar arzulayıb. Təhsil idarəsinin müdiri isə keçirilən tədbirin əhəmiyyətindən danışıb.
Çıxışlardan sonra ədəbi-bədii kompozisiyalar nümayiş olunub.