Sumqayıtda birmərtəbəli evdə yanğın baş verib. Bu haqda 18 may tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbr verir.
Ümumi sahəsi 120 kv.m olan kürsülü 3 otaqlı evin bir otağında ev əşyaları, 5 kv.m sahədə döşəmə və 2 otağının qapısı qismən yanıb. FHN-in əməkdaşları tərəfindən alov söndürülüb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.