Sumqayıtda vətəndaşın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə FHN-in qaynar xəttinə məlumat daxil olub. Bu barədə 17 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Hadisə yerinə FHN-in xilasetmə qüvvələri cəlb olunub. Əməkdaşlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.