Sumqayıtda metal qəbulu məntəqəsində meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə 76-cı məhəllə ərazisində baş verib. 67 yaşlı Nizami Həsənovun cansız bədəni mühafizəçi işlədiyi metal qəbulu məntəqəsində aşkarlanıb. Mərhumun ölüm səbəbi bilinmir.
Faktla bağlı araşdırma aparılır.