Sumqayıtda batan gənc xilas olunub. Sumqayıt24 bu haqda 6 iyul tarixində xəbər verir.
Hadisə dünən axşam saatlarında baş verib. İstirahət edənlər tərəfindən dənizdən çıxarılan 21 yaşlı oğlan təcili tibbi yardım avtomobili vasitəsilə Təcili Yardım Xəstəxanasına yerləşdirilib.
Sumqayıt Tibb Mərkəzindən (STM) redaksiyamıza bildirilib ki, vətəndaşın müalicəsi reanimasiya şöbəsində aparılır. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.