Sumqayıt Tibb Mərkəzi (STM) vətəndaşlara göstərilən xidmətlərin statistikasını açıqlayıb. Bu haqda 27 noyabr tarixində Sumqayıt24 STM-ə istinadən məlumat verir.
Bu müddət ərzində tibb müəssisələri əhaliyə 439 min 306 tibbi xidmət göstərib. Bu xidmətlərdən 343 min 707 ambulator, 95 min 599 isə stasionardır.
Qeyd edək ki, tibb müəssisələrinə müraciət edən hər bir ölkə vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.