Yaşıllıqların məhv edilməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Bu barədə 3 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə, “ASAN xidmət” mərkəzinin yaxınlığında olan yeni yaşayış binası üçün parkinq yaradılır. Deyilənə görə, işlərin görüləcəyi zaman ağacların kəsilməsi planlaşdırılır.
Bizə verilən məlumata görə, ağaclar kəsilməyəcək. Onların ətrafının daşla hörüləcəyi və təzə torpaq tökəcəyi bildirilib.