Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda döyüş sursatları məhv ediləcək.
Sumqayit24.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya prosesi 17-21 noyabr tarixlərində həyata keçiriləcək.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - qurumun yaydığı məlumatda qeyd edilib.
Qeyd edək ki, həmin poliqonda döyüş sursatlarının məhvi zamanı partlayış səsləri Sumqayıtda da eşidilir.