Sumqayıtda narkoloji xəstələrin və narkomanların sayı açıqlanıb.
Şəhər Narkoloji Dispanserindən Report-a bildirilib ki, 2024-cü ilin 9 ayı ərzində rəsmi qeydiyyatda olan narkoloji xəstələrin sayı 5587 nəfər təşkil edib. Narkomanların sayına gəldikdə isə bu rəqəm 4044 nəfər təşkil edir. Onlardan 94 nəfəri qadındır.
Alkoqolizmdən əziyyət çəkən xəstələrin sayı 1543-dür ki, onlardan da 24-ü qadındır.
Narkoloji xəstələrin əksəriyyəti 30-65 yaş arasındadır.