top
Sumqayıtda qadının dələduzluq sxemi: pensiya, iş və hərbi xidmətdən azadolma vədləri
Bu gün, 16:00
- ↺ +

Sumqayıtda qadının dələduzluq sxemi: pensiya, iş və hərbi xidmətdən azadolma vədləri

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir neçə nəfəri pensiya düzəltdirmək, işə yerləşdirmək və hərbi xidmətdən saxlatdırmaq vədləri ilə aldadaraq pul alan qadına hökm oxunub.

Məlumata görə, 1973-cü il təvəllüdlü, Gürcüstanın Qardabani rayonunda anadan olmuş Çimnaz Feyzullayeva qabaqcadan əlbir olduğu şəxslə birlikdə dələduzluqda təqsirli bilinib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Ç.Feyzullayeva bir qadının anasına əlillik pensiyası düzəldəcəyini vəd edərək ondan 6 min manat alıb. Daha iki nəfərin həyat yoldaşlarını xəstəxanada tibb bacısı kimi işə düzəltmək adı ilə hərəsindən 2 500 manat alıb. O, zərərçəkmişləri bu işləri həll edə biləcəyinə inandırmaq üçün özünü TƏBİB-in vəzifəli əməkdaşı kimi təqdim edib.

Digər bir şəxsdən isə göz xəstəliyinə görə pensiya düzəldəcəyini vəd edərək 5 min manat alıb.

Qadının ən böyük dələduzluq epizodu isə tanışlarından biri ilə bağlı olub. O, həmin şəxsin dostunu hərbi xidmətdən saxlatdırmaq, Şəmkir rayonunda tikinti işləri aparmaq üçün icazə almaq, eləcə də bacısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə düzəltmək vəd ilə ümumilikdə 66 min manat pul alıb.

Beləliklə, məhkəmənin araşdırdığı epizodlar üzrə zərərçəkmişlərə vurulan ziyanın ümumi məbləği 82 min manata çatıb.
İttihama görə, Çimnaz Feyzullayeva aldığı pulları Tural adlı tanışına verdiyini deyib. O, həmin şəxsin vədlərinə əməl etmədiyini və pulları qaytarmadığını söyləyib. Qadın ittiham üzrə özünü qismən təqsirli bilib.

Məhkəmə prosesində zərərçəkmişlərdən dördü onunla barışdığını, dəymiş ziyanın ödənildiyini, şikayət və tələblərinin olmadığını bildirib.

Digər zərərçəkmişə dəymiş ziyanın bir hissəsinin ödənildiyi, qalan məbləğin isə altı ay ərzində qaytarılacağına dair öhdəlik verildiyi qeyd olunub.

Məhkəmə Çimnaz Feyzullayevaya Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. İstintaq dövründə 3 ay 8 gün həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınaraq, onun üzərində qəti olaraq 2 il 5 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

O, saat 23:00-dan səhər 06:00-dək yaşayış yerini tərk edə bilməz. Həmçinin elektron nəzarət vasitəsi gəzdirməli, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməməli, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməməlidir.

Mənbə: Qaynarinfo.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:05

Müəllimlərə güzəşt - avtobus və metro 1 QƏPİYƏ

Bütün xəbərlər
Bu gün, 16:35

Sumqayıtda tələbə qız ölü tapılıb

Bütün xəbərlər
Bu gün, 15:30

Tanış olduğu qadını aldadıb 96 min manatını aldı - Sumqayıtda film kimi cinayət

Bütün xəbərlər
Bu gün, 14:55

Sumqayıtda maşın qaz xəttinə çırpılıb

Bütün xəbərlər
Bu gün, 14:15

Nazir müavini tələbələrin geyim qaydalarından danışdı

Bütün xəbərlər
Bu gün, 13:42

Sumqayıtda 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 13:07

"Tam Store" buna görə CƏZALANDIRILDI

Bütün xəbərlər
Bu gün, 12:30

Ardıcıl dörd gün iş olmayacaq – TARİXLƏR

Bütün xəbərlər
Bu gün, 12:00

Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü

Bütün xəbərlər
Bu gün, 11:30

Sumqayıtlıları noyabrda maraqlı səma hadisəsi gözləyir - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 10:50

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Bu gün, 10:20

Novxanı yolunda ağır qəza - 5 nəfər yaralandı

İdman
Bu gün, 09:41

"Sumqayıt" azarkeşlərinin nəzərinə: bu gün oyun var

İdman
Bu gün, 09:11

Ceyranbatan məktəblisi beynəlxalq yarışın BİRİNCİSİ OLDU

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
31 oktyabr 2026, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
31 oktyabr 2026, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
31 oktyabr 2026, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
31 oktyabr 2026, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
31 oktyabr 2026, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Oxşar xəbərlər