Sumqayıtda qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib. Bu haqda 30 sentyabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Söhbət Y. Məmmədov küçəsində müvafiq icazəverici sənədləri olmayan tikintidən gedir.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində obyekt sökülüb.