Sumqayıt şəhəri, 13-cü mikrorayonda yolun təmirindən sonra yaranmış vəziyyət sakinlərin narazılığına səbəb olub.
Sumqayit24.az-a müraciət edən şikayətçilərin sözlərinə görə, ərazidə yaranan çuxur lazımi qaydada təmir edilməyib. Belə ki, onun içərisi daşlarla doldurulub, üzərinə isə asfalt tökülüb.
Sakinlər bildiriblər ki, yağışlı havalarda həmin ərazidə su və palçıq toplanır. Avtomobillər çuxurlardan keçərkən həm zədələnmə riski ilə üzləşir, həm də ətrafa palçıqlı su sıçrayır. Bu isə səki ilə hərəkət edən piyadalar, xüsusilə uşaqlar və yaşlı insanlar üçün narahatlıq yaradır.
Onlar görülən işi tənqid edərək yol təmiri adı altında bu cür işlərin aparılmasının nə dərəcədə düzgün olduğunu sual ediblər.