Sumqayıtda qaz təchizatında fasilə yaranacaq.
Sumqayit24.az xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb.
"Təmir-quraşdırma işləri ilə əlaqədar 22.07.2026-cı il tarixində saat 09:30-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin Corat qəsəbəsinin (Babək marketin ətrafı) və Ceyranbatan bağlarının (Bərəkət marketin ətrafı) qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - deyə məlumatda qeyd olunub.