Sumqayıt şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sumqayıt24 bu barədə 3 sentyabr tarixində Xeberle.com-a istinadən xəbər verir.
Hadisə Sumqayıt Kimya Sənaye Parkının qarşısında baş verib. Hərəkətdə olan "Kia Rio" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi aşıb. Qəza zamanı 1991, 1996 və 1997-ci i təvəllüdlü 3 nəfər xəsarət alıb.