Sumqayıtda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sumqayıt24 bu haqda 15 may tarixində xəbər verir.
Hadisə ötən gün Azərbaycan prospektində, Narkoloji Dispanserin yanında baş verib. “Daewoo” və “Mercedes” markalı avtomobillər toqquşub. Qəzanı törədən “Daewoo”nun sürücüsü hadisə yerindən uzaqlaşıb. Avtoqəza zamanı xəsarət alan olmayıb.
Əraziyə YPX-nin əməkdaşları cəlb olunublar.