Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə 45-ci məhəllə ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarında park edilmiş "Chevrolet", "Opel" və "Hyundai" markalı maşınlara çırpılıb.
Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib, faktla bağlı araşdırma aparılır.
Mənbə: Report.az