top
Sumqayıtda qızıl alveri ilə bağlı qalmaqallı iş Ali Məhkəməyə çıxarılır
21 iyul 2026, 15:20
- +

Sumqayıtda qızıl alveri ilə bağlı qalmaqallı iş Ali Məhkəməyə çıxarılır

Sumqayıtda qızıl alveri ilə məşğul olduğu bildirilən Balaxanım Atakişiyevanın barəsində çıxarılan bəraət hökmündən kassasiya şikayəti verilib.

Şikayətə iyulun 24-də Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə baxılacaq.

İttihama əsasən, Balaxanım Atakişiyeva Bakı və Sumqayıt şəhərlərində qızıl alveri ilə məşğul olub. O, "Moskva" univermağında çalışan Minarə İbayeva ilə alver əlaqələri quraraq əvvəlcə topdansatış qiymətinə aldığı qızıl-zinət əşyalarının pulunu vaxtında ödəyib və onun etibarını qazanıb.

Daha sonra isə Minarə İbayeva, onun oğlu və kürəkənindən ümumilikdə 62 min manat dəyərində qızıl-zinət əşyaları götürdüyünu, lakin pulunu qaytarmadığını iddia edib. Bildirilir ki, B.Atakişiyeva zərərçəkmişi bir müddət pul əvəzinə ona "Toyota Prado" markalı avtomobil verəcəyinə inandırsa da, bu vədini yerinə yetirməyib.

Balaxanım Atakişiyeva polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Lakin Sumqayıt Ağır Cinayətlər Məhkəməsi onun təqsirinin sübuta yetirilmədiyi qənaətinə gələrək bəraət hökmü çıxarıb.

Bu qərarla razılaşmayan zərərçəkmiş tərəf kassasiya şikayəti verib və işə yenidən Ali Məhkəmədə baxılacaq.

Mənbə: Pravda.аz

 

Son xəbərlər

İdman
Bu gün, 17:15

"Sumqayıt" basketbol klubunun məşqçilər korpusu bəlli olub

Bütün xəbərlər
Bu gün, 16:40

500, 503 və 508 nömrəli avtobuslar üçün YENİ DAYANACAQ

Bütün xəbərlər
Bu gün, 16:12

Bakıya gedən sumqayıtlılara şad xəbər - PULSUZ OLACAQ

Bütün xəbərlər
Bu gün, 15:50

Sumqayıtda kanalizasiya qəzaları aradan qaldırılacaq

Bütün xəbərlər
Bu gün, 15:12

Sumqayıtı iki gün toz bürüyəcək

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Oxşar xəbərlər