Sumqayıtda aşkarlanan radioaktiv maddə ərazidən götürülüb. Bu haqda 16 sentyabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, İnşaatçılar küçəsində yerləşən müəssisənin ərazisində radiasiya tapılıb. Faktla bağlı FHN tərəfindən aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirakı ilə ərazidə yer səthindən 40sm dərinlikdə aşkar olunan Cs (sezium) 137 radioaktiv maddəsi xüsusi təyinatlı texnika və avadanlıqların tətbiqi ilə ərazidən götürülərək, “İzotop” xüsusi kombinatına aparılıb.
Əməliyyatdan sonra hadisə yerində təkrar müayinələr zamanı radiasiya fonunun normaya düşdüyü müəyyən olunub.