Sumqayıtda sabaha olan hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, dekabrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə arabir yağıntı olacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi əvəz olunacaq. Temperatur gecə 1° şaxtadan 2°-dək isti, gündüz isə 4-8° isti təşkil edəcək.
Atmosfer təzyiqi 775 mm civə sütunundan 769 mm-yə enəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 50-55% olacaq.