Şəhid Cavidan Mirzəyev Sumqayıtda dəfn edilib. Sumqayıt24 bu haqda 21 sentyabr tarixində xəbər verir.
Cavidan Mirzəyev həyata keçirilən Lokal xarakterli antiterror tədbirləri zamanı şəhadətə ucalıb. Şəhidlər xiyabanında keçirilən dəfn mərasiminə şəhidin ailə üzvləri, vətəndaşlar, İcra Hakimiyyəti nümayəndələri, hərbçilər və polis əməkdaşları qatılıblar. [modula id="42595"]