Sumqayıtda vətəndaşlar liftdə köməksiz qalıblar. Sumqayıt24 bu haqda 15 may tarixində xəbər verir.
Bununla bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə daxil olub. Qurumun Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal çağırış ünvanına yetişiblər. Həyata keçirilən tədbirlər nəticəsində insanlara köməklik göstərilib.