“Azairtechservice” MMC tərkibindən yeni “Defense Systems Service” şirkətinin ayrılması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
Banker.az-ın məlumatına görə, “Azairtechservice” MMC-nin ayrılma formasında yenidən təşkil edilməsi ilə əlaqədar Cəmiyyətin nizamnamə kapitalı 402 min manatdan 362 min manata salınır.
Xatırladaq ki, “Azairtechservice” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.