Məktəblilər arasında “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsi keçiriləcək. Sumqayıt24 bu barədə 28 sentyabr tarixində Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir.
Müsabiqə kompüter əsaslı 2 mərhələdən ibarətdir. Sumqayıtda təhsil olan 9-11-ci sinif şagirdləri üçün bu konkurs 27 sentyabr - 15 oktyabrda keçiriləcək. Ölkə mərhələsi isə oktyabrın 21-də Bakı şəhərində təşkil olunacaq.
Ölkə mərhələsində iştirak üçün limit müəyyənləşdirilib. Belə ki, Bakı şəhərindən 12 nəfər; Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri və Abşeron rayonunun hər birindən 2 nəfər; digər şəhər və rayonların hər birindən 1 nəfər; nazirliyin birbaşa tabeliyindəki, digər qurumlara tabe və özəl ümumi təhsil müəssisələrindən ümumilikdə 10 nəfər iştirak edə bilər.
Qeyd edək ki, inşaların qiymətləndirilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılıb. Qaliblər tutduqları yerlərə görə diplom və hədiyyələrlə təltif ediləcəklər.
Müsabiqəyə qatılmaq üçün portal.edu.az platformasında “Müsabiqələr və olimpiadalar” xidmətində qeydiyyatdan keçmək olar. Son tarix 7 oktyabr 2022-ci il saat 00:00-dır.