Sumqayıtda restoranda yanğın baş verib. Sumqayıt24 bu haqda 15 iyun tarixində xəbər verir.
Hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb. Məlumata görə, “Sərin” restoranının dam örtüyü yanıb. Əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb edilib.
Məlumat yenilənəcək.