Sumqayıtda binalar plana düşüb. Sumqayıt24 bu haqda 16 oktyabr tarixində xəbər verir.
Polad Həşimov küçəsi, 4-cü məhəllədə yerləşən üçmərtəbəli binalar yaxın aylar ərzində söküləcək. Əldə etdiyimiz məlumata görə, ərazidə çoxmərtəbəli evlərin inşası planlaşdırılır.
Qeyd edək ki, mənzilləri sökülən sakinlərə aybaay kirayə pulu veriləcək. Buna baxmayaraq, onların bir qismi hələlik razı deyil.