Sumqayıtda yataqxana yanıb.
Sumqayit24.az xəbər verir ki, hadisə 41-ci məhəllədə qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin ümumi dəhlizində quraşdırılmış elektrik lövhəsində baş verən yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib və alov qısa müddət ərzində söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i uşaq olmaqla 11 nəfər bina sakini təxliyə edilib. Yanğın nəticəsində 6 ədəd sayğac, 6 ədəd qoruyucu açar və 5p.m. elektrik kabeli yanıb.