Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə binanın 5-ci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları və döşəmə 5 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.