Sumqayıtda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 30 iyun tarixində Sumqayıt24 Den.az-a istinadən məlumat verir.
Şəhər sakini, 76 yaşlı Allahverdi Allahverdiyev mağazaya daxil olmaq üçün avtomobilini yol kənarında park edib. Şahidlərin sözlərinə görə, sürücü maşına əyləşərkən onu digər avtomobil vurub.
O, aldığı xəsarətlərlə dərhal xəstəxananın reanimasiya söbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.