Sumqayıtda beşmərtəbəli yataqxana binasında yanğın baş verib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə binanın 2-ci mərtəbəsində qeydə alınıb. Pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd elektrik sayğacı, açarı və 3 paq.m. kabel yanıb. Yanğın zamanı tüstülənmiş mənzildən 1 nəfər təxliyyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Alov söndürülüb.