Sumqayıt şəhərində sənaye zonası təsis ediləcək.
Fed.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC ““Sumqayıt Kimya Sənaye Parkının ərazisində İqtisadi Zonaların İnkişafı Agentliyi və Rusiya Federasiyası Tatarıstan Respublikasının “Ximqrad” Səhmdar Cəmiyyəti ilə birgə sənaye zonasının layihə-smeta sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin həyata keçirilməsi”nin satın alınması” tenderinin nəticələrini elan edib.
Müsabiqənin qalibi “Global Interiors Group” MMC olub. Şirkətlə 12.450.000 manat məbləğində müqavilə imzalanıb.