Sumqayıtda 13 yaşlı yeniyetmə axtarılır. Bu haqda 18 oktyabr tarixində Sumqayıt24 Baku.ws-a istinadən məlumat verir.
Eşitmə və nitq qüsurlu 13 yaşlı Ömər Yaqubov 6 gün öncə “Stansiya Sumqayıt” adlanan ərazidə itib. Yeniyetmənin yaddaş zəifliyi də var, yəni istəsə belə, evin yolunu tapa bilməz.
Məsələ ilə bağlı polis məlumatlandırılıb.
Şəkildə gördüyünüz oğlanı tanıyan və ya barəsində məlumatı olanlardan (050) 751 68 99 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.