Sumqayıtın küçələrindən birində yaranan vəziyyət narahatlıq doğurur.
Bu barədə Sumqayit24.az-a sakinlər məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, 10-cu mikrorayon, Babək küçəsində yerləşən bəzi marketlər satışa çıxardıqları məhsulları yolun üzərinə düzməklə bir hissəsini zəbt edirlər. Bildirilir ki, bu hal nəqliyyat vasitələrinin və piyadaların hərəkətini çətinləşdirir, ərazidə sıxlıq və qarışıqlıq yaradır.
Şikayətçilər həmçinin bu vəziyyətin ərazinin görünüşünə mənfi təsir etdiyini bildiriblər.
Sakinlər problemin aradan qaldırılmasını, yolun mallardan təmizlənməsini tələb edirlər.