top
Sumqayıt teatrında Sürgün sevgi tamaşasının premyerası keçirildi
Bu gün, 16:05
- ↺ +

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Dövlət Dram Teatrında ictimai xadim, Xalq şairi Sabir Rüstəmxanlının eyniadlı əsəri əsasında hazırlanmış "Sürgün sevgi" tamaşasının premyerası keçirilib.

Sumqayit24.az xəbər verir ki, nümayişdə Milli Məclisin deputatları, şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar və teatr xadimləri iştirak ediblər.

İkihissəli milli faciə janrında hazırlanan səhnə əsəri Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə dövlət sifarişi əsasında ərsəyə gətirilib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rəssamı Osman Salmanov, tərtibatçı rəssamı Nizami Dadaşev, xormeysteri Əməkdar müəllim Firəngiz Xəlilova, plastik hərəkətlər və rəqslər üzrə quruluşçusu Kamil Ağazadə, videoqrafı isə Rais Bəhramidir.

"Sürgün sevgi" milli faciə janrının xarakterik xüsusiyyətlərini özündə birləşdirərək Azərbaycan xalqının XX əsrdə üzləşdiyi tarixi sınaqları, milli taleyin ağrılı məqamlarını və ictimai-siyasi sarsıntıların insan həyatında yaratdığı faciəvi nəticələri səhnəyə gətirir. Əsərdə 1930–1940-cı illərin repressiyaları, 20 Yanvar faciəsi, 1987–1993-cü illərdə ölkədə yaşanan ictimai-siyasi gərginlik, xaos və vətəndaş qarşıdurması kimi tarixi hadisələr bədii ümumiləşdirmə yolu ilə təqdim olunur.

Tamaşada Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər Rauf Ağakişiyev, Elmira Kərimova və Sədaqət Nuriyeva, eləcə də aktyorlar Elay Xasıyev, Vəfa Qurbanova, Rövşən Əsgərov, Məryəm Hüseynli, Əjdər Zeynalov, Habil Xanlarov, Cavanşir Eyyubzadə, Mətanət Əmrullayeva, Yeganə Məmmədvəliyeva, Emil Həmidov, Günəş Bağırova, Elmir Mehdiyev, Mətləb Səfərli, İlham Səfərli, Dağlar Rüstəmov, Akif Mirzəyev, Rövşad İlyasov, Siyavuş Mahmudov və Kamran Muradlı çıxış ediblər.

Səhnə nümunəsi tamaşçılar tərəfindən maraqla qarşılanıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
Bu gün, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
Bu gün, 15:40

Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda yolun müəyyən hissəsinin zəbt edilməsinə etiraz

Bütün xəbərlər
Bu gün, 14:20

SDU tələbələrinin süni intellekt layihəsi 60 komanda arasında SEÇİLDİ

Bütün xəbərlər
Bu gün, 13:40

Uşaqlıq arzusunu gerçəkləşdirdi - Sumqayıtdan Gəncəyə piyada getdi

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi

İdman
Bu gün, 12:30

"Sumqayıt" bu gün "Zirə" ilə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 12:00

Sumqayıt hansı hava ilə nəfəs alır? Son aylarda şəhərin ekoloji vəziyyəti ilə bağlı nələr məlum olub? - ARAŞDIRMA

Bütün xəbərlər
Bu gün, 11:13

Sumqayıtda yolların təmirinə 2,4 milyon manat ayrılıb

Bütün xəbərlər
Bu gün, 10:00

Coratda avtobus dayanacağı ilə bağlı şikayət nəticə verdi

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtda fəhlə vakansiyası elan edildi - ŞƏRTLƏR

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən Müharibəsinin 27-ci günü baş verənlər - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:57

Sumqayıtlı model: "TikTok"a görə 1000 manat vergi borcu yazıblar"

İdman
Dünən, 17:20

Ağır qəzaya düşən sumqayıtlı cüdoçu idmana nə vaxt qayıdacaq?

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda zibil qutularının dolub-daşdığı ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:37

Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanıldı

Kriminal
Dünən, 16:23

Sumqayıtda çay evində BIÇAQLANMA - 64 yaşlı kişi tutuldu

Bütün xəbərlər
Dünən, 16:17

Sumqayıt məhkəməsində anasını öldürən şəxsə hökm oxundu

Bütün xəbərlər
Dünən, 15:46

Bakı, Sumqayıt və daha 4 şəhərin su təchizatına o rəhbərlik edəcək

Bütün xəbərlər
Dünən, 15:45

Rafael Ağayevin "qayıdışı" təxirə salınıb…

İdman
Dünən, 15:10

Sumqayıt idmançısının beynəlxalq uğuru diqqət mərkəzində

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda sabah şimşək çaxa bilər

Oxşar xəbərlər