Sumqayıtda “Kiçik nağılların azman yazarı” adlı ədəbiyyat saatı keçirilib. Bu haqda Mədəniyyət Xəbərləri adlı Facebook səhifəsində məlumat yayılıb.
Uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Zahid Xəlilin 80 illik yubileyinə həsr olunmuş görüş Mərkəzi Uşaq Kitabxanasında baş tutub. Burada 18 nömrəli məktəbin şagirdləri iştirak edib. Onlara yazıçılıq, jurnalistika, alimlik və müəllimliyi məharətlə sintez halında birləşdirən Z. Xəlilin ölkədə uşaq ədəbiyyatının inkişafına verdiyi tövhədən məlumat verilib.
Məktəblilər şairin yazdığı vətənpərvərlik ruhlu şeirlərini söyləyiblər. Daha sonra isə onlara “Uşaqların yaxın dostu” adlı kitab sərgisi haqqında xülasə verilib.