Sumqayıtda köhnə binalar qəzalı vəziyyətdədir.
Söhbət 1948-ci ildə müvəqqəti yaşayış üçün tikilmiş, “Fin evləri” kimi tanınan taxta konstruksiyalı baraklardan gedir. İnşaatçılar qəsəbəsində 20 ədəd belə ikimərtəbəli bina var. Sakinlərin Sumqayit24.az-a verdikləri məlumata görə, barakların bir çoxu çöküb və taxtaları çürüyüb:
“Yaxınlıqdan yük maşını keçəndə ev silkələnir. Həmçinin blokun tavanı uçub-dağılır, taxtada gedən çürüməyə görə evə həşəratlar yığılır, kanalizasiya sistemi bərbad vəziyyətdədir, küçələri su basır, nəmişlik, qışda taxta konstruksiyaların arasından külək keçir və ev qızmır.
Məsul qurumlardan lazımi tədbirlərin görülməsini xahiş edirik”.