top
Sumqayıtdan Bakıya qatarla gedənlərə ŞAD XƏBƏR
14 noyabr 2025, 14:05
- +

Sumqayıtdan Bakıya qatarla gedənlərə ŞAD XƏBƏR

Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyətinin bərpa oluna biləcəyi vaxt açıqlanıb.

 

Sumqayit24.az xəbər verir ki, bu barədə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

 

Onun sözlərinə görə, Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin bir hissəsi olaraq mövcud dəmir yolu xəttinin altından avtomobil tunelinin tikintisi məqsədilə işlərə başlanılıb. Həmin ərazidə (dəmir yolu xəttinin altında tikilən yeraltı keçidin tikildiyi ərazi – red.) hərəkətin bərpası üçün qısa müddət ərzində işlərin aparılması nəzərdə tutulub:

 

"Orada təqribən bir neçə aylıq iş həcmi var ki, o görüldükdə, həmin dəmir yolu xətti üzrə hərəkət bərpa oluna bilər. Çalışılacaq ki, həmin işlər qrafikdən də əvvəl yekunlaşsın ki, qeyd olunan xətt üzrə qatarlar əvvəlki qrafik ilə hərəkət edə bilsinlər".

 

Anar Nəcəfli bildirib ki, dəmir yolunun altından avtomobil keçidinin tikintisi 2026-cı ilin birinci rübü ərzində bitəcək və onun üzərindən qatarların hərəkətinin bərpası üçün imkan yaranacaq:

 

"Ümumilikdə isə, qeyd olunan tunelin daxil olduğu layihənin (Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsi – red.) tam olaraq yekunlaşdırılması, qrafikə uyğun olaraq 2026-cı ilin sonuna, 2027-ci ilin əvvəlinə planlaşdırılır"..

 

Xatırladaq ki, aparılan tikinti işləri ilə əlaqədar ADY-nin Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb, qatarlar isə Bakı–Biləcəri–Xırdalan–Bakı xətti ilə hərəkət edir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:20

Sumqayıtda piyada keçidi görünməz hala düşüb

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıtda ağac peşə liseyinin üzərinə aşıb

Bütün xəbərlər
Bu gün, 17:35

Novxanıda qaz hesabında müəmmalı borc: 1306 manat silinəcək

Bütün xəbərlər
Bu gün, 17:00

Sumqayıtda yollar sakinlər üçün "sınaq meydanı"na çevrilib

Bütün xəbərlər
Bu gün, 16:30

Sumqayıtda torpaq icarəyə götürmək istəyənlərin nəzərinə

Bütün xəbərlər
Bu gün, 15:48

"Sumqayıt Toxucu-Tikiş" MMC 60 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Bu gün, 14:58

Sumqayıtda sabah leysan gözlənilir

Bütün xəbərlər
Bu gün, 14:12

Sumqayıtlı Osman Xaliyevə mühüm vəzifə verildi

Bütün xəbərlər
Bu gün, 13:59

400 ailənin yaşadığı "Stansiya Sumqayıt" çirkab sulara qərq olub

Bütün xəbərlər
Bu gün, 13:20

Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq

Bütün xəbərlər
Bu gün, 12:50

Sumqayıtda REAL TƏHLÜKƏYƏ çevrilən yataqxana

Bütün xəbərlər
Bu gün, 12:07

Sumqayıtda qətllə nəticələnən görüşün pərdəarxası – 18 il həbs

Bütün xəbərlər
Bu gün, 11:31

Tədris ilinin başlaması ilə bağlı iki qurumdan birgə məlumat

Bütün xəbərlər
Bu gün, 10:53

Heyvanların erkən kəsiminin qarşısını almaq üçün subsidiya tətbiq edəcək

Bütün xəbərlər
Bu gün, 10:04

Füzulidə yüksəklik və kəndlərin alınmasında rolu olan şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:17

Sumqayıta bu gün yağış yağa bilər

Bütün xəbərlər
05 sentyabr 2026, 18:10

Sumqayıtda bazar günü yağışlı keçə bilər

İdman
05 sentyabr 2026, 17:10

Tovuzda "Sumqayıt"la matç öncəsi azarkeş üsyanı

Bütün xəbərlər
05 sentyabr 2026, 16:33

Sumqayıt və Novxanı çimərliklərinin hava proqnozu

Bütün xəbərlər
05 sentyabr 2026, 16:10

Bakı-Sumqayıt yolundakı dəhşətli tıxac nə zaman bitəcək? - AÇIQLAMA

Bütün xəbərlər
05 sentyabr 2026, 16:10

MİQ-in müsahibə mərhələsinin nəticələri AÇIQLANDI

Bütün xəbərlər
05 sentyabr 2026, 15:10

Bakı-Sumqayıt yolu İFLİC olub

Bütün xəbərlər
05 sentyabr 2026, 14:10

İtkin düşmüş kimi axtarışı aparılan şəxslər tapılıb

Bütün xəbərlər
05 sentyabr 2026, 13:10

Sumqayıtın bu məktəbi nəticələri ilə diqqət çəkdi

Oxşar xəbərlər