top
Sumqayıtın kabab tüstüsü “dərdi”...
28 oktyabr 2024, 00:16
- +

Sumqayıtın kabab tüstüsü “dərdi”...

Sumqayıtda bəzi restoranlar axşam saatlarında havanı çirkləndirirlər. Obyektlərdən yayılan kabab iyi və tüstüsü vətəndaşların istirahətinə mane olur.

Belə ki, restorandan havaya buraxılan tüstü ətrafda yaşayan insanların az qala evinə kimi dolur… Dəfələrlə edilən müraciətlərə baxmayaraq, hər hansı tədbir görülmür. Şəhərin bəzi ərazilərində şadlıq saraylarının yanaşı tikilməsi vəziyyəti daha da qəlizləşdirir.

Xeberle.com məsələ ilə bağlı Ekologiya və Təbii Sərvət Nazirliyi (ETSN) ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, Dövlət Ekoloji Təhülkəsizlik Xidməti tərəfindən məsələylə bağlı araşdırma aparılacaq.

Bəs ekoloqlar bu barədə nə düşünür?

Ekoloq Ənvər Əliyev açıqlamasında qeyd edib ki, bu cür obyektlərə qarşı sərt cəza tədbirləri görülməlidir:

"Birincisi, restoranlar kömürlə işləməlidir. Yeməklər odunla bişirilməməlidir. İkincisi, şəhərin mərkəzində olan restoranlar filtirlərdən istifadə etməlidir. Yaxud da, xüsusi kömürlərdən istifadə olunmasi məsləhətdir. Hər halda insan oksigenlə qidalanır. Axşam tərəfi insan pəncərəni açır ki, otaqlara hava girsin. Lakin, çöldə tüstünün olması havanı daha da pisləşdirir.  Bunlara qarşı cəza tədbirləri görülməlidir”.

Xatırladaq ki, Prezident İlham Əliyev havanı çirkləndirən məişət obyektlərinə ciddi xəbərdarlıq edib. Ölkə başçısı bildirib ki, tələblərə əməl etməyən şadlıq evlərinin və məişət obyektlərinin qapısı bağlanacaq. Sonra isə İlham Əliyev "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında yeni fərman imzaladı.

Əsasnaməyə əsasən, nazirliyə ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə təsərrüfat və başqa fəaliyyətlərin məhdudlaşdırılması və ya bu fəaliyyətə xitam verilməsi haqqında vəsatət qaldırmaq hüququ verilib. Dəyişikliyə əsasən, artıq ETSN məhkəməyə müraciət etmədən ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə təsərrüfat və başqa fəaliyyətlərin dayandırılması və ya qadağan edilməsi barədə qərar qəbul edə bilər.

Lakin buna baxmayaraq, müvafiq qurğunu quraşdırmayan, havanı çirkləndirməyə davam edən restoranlar hələ də var.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 19:30

Sumqayıtlı aktirsa: "Evindən xəbəri olmayan sənə ağzına gələni yazır"

Bütün xəbərlər
Bu gün, 19:00

SDU aliminin məqaləsi nüfuzlu jurnalda

Bütün xəbərlər
Bu gün, 18:20

Sumqayıtda çayxana səkiyə "çıxıb"? - İDDİA

Bütün xəbərlər
Bu gün, 17:45

Sumqayıtda mağaza açıldı, qonşu obyektə ziyan vuruldu

Bütün xəbərlər
Bu gün, 17:35

Emin Əmrullayev: "Yaxın həftə, yaxud aylarda müəllimlərin ikinci sertifikasiya prosesi aparılacaq"

İdman
Bu gün, 17:15

Nə "Sumqayıt"da, nə də "Partizan"da üzü gülmədi – Saşa İliçdən antirekord

Bütün xəbərlər
Bu gün, 16:45

Sumqayıtın bu yolunda sürücülər əziyyət çəkir

Bütün xəbərlər
Bu gün, 16:15

Sumqayıtda "Bilik günü" günü hava belə olacaq

Bütün xəbərlər
Bu gün, 16:14

Emin Əmrullayev: "Yaxın günlərdə müəllimlərin geyimi ilə bağlı yeni qaydalar açıqlanacaq"

İdman
Bu gün, 15:45

"Əlimdən gələn hər şeyi edəcəyəm" – "Sumqayıt"ın yeni transferi söz verdi

Bütün xəbərlər
Bu gün, 15:45

Çimərlik mövsümünün son gününün havası

Bütün xəbərlər
Bu gün, 15:15

Şəriətdə süni intellekt məsələsi - Allahşükür Paşazadə nə düşünür?

Bütün xəbərlər
Bu gün, 14:46

Sumqayıtda qardaş qardaşı maşınla vurdu

Bütün xəbərlər
Bu gün, 14:15

Sumqayıtın problemli küçəsi asfaltlanır - VİDEO

Bütün xəbərlər
Bu gün, 13:45

Sabahdan Bakı metrosunda intervallar azaldılır

Bütün xəbərlər
Bu gün, 13:15

Dövlət dəstəyi alan özəl bağçalara uşaqların qeydiyyatı başlayır

Bütün xəbərlər
Bu gün, 12:45

İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda sakinlərin dincliyini pozan problem - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 11:45

SDU-dan beynəlxalq elmi uğur

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıt gənclərini BÖYÜK TƏDBİR gözləyir

Bütün xəbərlər
Bu gün, 10:47

Sumqayıtda azyaşlının ayağı velosipeddə sıxılıb qaldı

Bütün xəbərlər
Bu gün, 10:25

Bu gün hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 10:15

BDYPİ-dən yeni tədris ilinin başlanması ilə bağlı müraciət

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıtda qəza - İki maşına ciddi ziyan dəydi

Oxşar xəbərlər