Sumqayıtın mərkəzində baş vermiş kommunal qəza aradan qaldırılıb.
Bu barədə Sumqayit24.az-a Sumqayıt Sukanal İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, Heydər Əliyev prospektinin 17-ci məhəllədən keçən hissəsində baş verən qəza kanalizasiya xəttinə aid deyil.
"Su xəttində qəza baş vermişdi və gecə briqadası tərəfindən aradan qaldırılıb. Hazırda həmin ünvanda heç bir axıntı yoxdur", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, redaksiyamıza ötən gün, avqustun 12-də axşam saatlarında şəhər sakinləri Heydər Əliyev prospektinin 17-ci məhəllədən keçən hissəsində kanalizasiya sistemində nasazlıq yaranması barədə müraciət ediblər.
***
Sumqayıtda prospektlərdən birini kanalizasiya suları basdığı iddia olunur.
Bu barədə Sumqayit24.az-a şəhər sakinləri məlumat veriblər.
Vətəndaşların iddiasına əsasən, ötən gün axşam saatlarında Heydər Əliyev prospektinin 17-ci məhəllədən keçən hissəsində kanalizasiya sistemində nasazlıq yaranıb. Qeyd olunub ki, ətrafı çirkab sular basıb və ərazidə hərəkət etmək çətinləşib.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.