Ümumdünya Səhiyyə Təşkilatı həkimləri təltif edib. Sumqayıt24 bu haqda 11 iyul tarixində Sumqayıt Tibb Mərkəzinə istinadən xəbər verir.
STM-in direktoru Səkinə Sadıxova və 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Maisə İsmayılova Türkiyənin İlkin Səhiyyə Xidməti (İSX) sisteminin öyrənilməsi və Azərbaycanda İSX-nin gücləndirilməsi üçün təşkil olunan səfərdə iştirak ediblər. Burada onlara funksional inteqrasiya olunmuş ictimai səhiyyə və ilkin səhiyyə sistemi üçün Azərbaycanda tətbiq oluna biləcək strategiyaları öyrədiblər.
Sonda, ÜST-ün Azərbaycan üzrə nümayəndəsi Handa Harmançı hər iki nümayəndəmizə sertifikatlar verib.