top
Sumqayıtın ürəyi - Nizami meydanı ticarətə qurban gedir
06 noyabr 2025, 15:00
- +

Sumqayıtın ürəyi - "Nizami" meydanı ticarətə qurban gedir

Sumqayıt şəhərinin mərkəzində yerləşən "Nizami" meydanı illər boyu şəhərin simvollarından biri, insanların istirahət, görüş və asudə vaxt keçirdiyi əsas məkanlardan biri olub. Lakin son illərdə meydanın görünüşü, funksiyası və şəhər sakinlərinin oradakı rahatlığı ciddi şəkildə dəyişib.

 

Məsələ ilə bağlı Xeberle.com-a şəhər sakinlərindən çoxaylı şikayətlər daxil olub.

 

Əvvəllər geniş, açıq və nəfəs alan bu meydan indi müxtəlif iaşə obyektləri, köşklər və ticarət pavilyonları ilə doludur. Bu obyektlər, xüsusilə də meydanın tam mərkəzində tikilmiş "Markova" adlı geyim mağazası, həm insanların gediş-gəlişinə mane olur, həm də meydanın memarlıq bütövlüyünü pozur.

 

Meydanın ortasında qeyri-planlı şəkildə inşa edilən obyektlər piyadalar üçün ciddi çətinlik yaradır. İnsanlar artıq meydanı rahat şəkildə keçə bilmir. Nəticədə insan sıxlığı yaranır. Sakinlərin sözlərinə görə, əvvəllər bu ərazi şəhərin "açıq nəfəs yeri" hesab olunurdu, indi isə sıx və havasız bir ticarət məkanına çevrilib.

 

"Nizami" meydanında küçə ticarəti də sürətlə artıb. Meydanın demək olar ki, hər addımında satıcılar müxtəlif məhsullar satmaqla məşğuldurlar. Bu vəziyyət həm piyadaların hərəkətinə mane olur, həm də meydanın əvvəlki səliqə və estetik görünüşünü tamamilə aradan qaldırır.

 

Ətrafda yığılan tullantılar, səliqəsiz stollar, yerə atılmış qablar və paketlər meydanda antisanitar vəziyyət yaradıb.

Sakinlər bildirirlər ki, axşam saatlarında burada sıxlıq elə bir həddə çatır ki, meydanı keçmək belə çətinləşir. Bu isə həm estetik, həm də gigiyenik baxımdan vəziyyəti daha da pisləşdirir.

 

Xüsusilə də "Nizami" meydanının mərkəzində yerləşən "Markova" adlı geyim mağazası şəhərin ümumi memarlıq konsepsiyasına uyğun gəlmir. Sıradan bir bina kimi meydanın ortasında yüksələn bu obyekt, ətrafdakı açıq məkan hissini tamam aradan qaldırıb.

 

Memarlıq mütəxəssisləri hesab edirlər ki, ictimai meydanlar insanların toplaşması, sərbəst hərəkəti və şəhərin vizual harmoniyası üçün açıq saxlanmalıdır. Bu tip ticarət tikililəri meydanların əsas funksiyasını sıradan çıxarır və şəhər mədəniyyətinə xələl gətirir.

 

Sumqayıt sakinləri dəfələrlə bu məsələ ilə bağlı müvafiq qurumlara müraciət etdiklərini bildirirlər. Onlar meydanın əvvəlki halına qaytarılmasını, obyektlərin sökülməsini və şəhərin mərkəzinin yenidən abadlaşdırılmasını tələb edirlər.

 

"Nizami" meydanı təkcə bir ərazi deyil, Sumqayıtın simvolik məkanıdır. Onun bərpası, səliqə-sahmanın təmin edilməsi və şəhərin estetik görünüşünün qorunması yerli icra orqanlarının birbaşa məsuliyyətindədir.

 

Bu tip tikililər təkcə şəhərin gözəlliyini pozmur, həm də şəhər mədəniyyətinə, ictimai asudə həyatına mənfi təsir göstərir. Sumqayıt kimi gənc və dinamik bir şəhərin mərkəzi belə səliqəsizliklə yox, səliqə, memarlıq zövqü və vətəndaş rahatlığı ilə yadda qalmalıdır.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:45

Sumqayıt bulvarında zəhərli hörümçək peyda olub?

Bütün xəbərlər
Bu gün, 18:15

Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR - yeni yol nə vaxt açılır?

Bütün xəbərlər
Bu gün, 17:40

Sumqayıtda sabah külək güclənəcək

Bütün xəbərlər
Bu gün, 16:59

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Bütün xəbərlər
Bu gün, 16:30

Sumqayıtda evi ilan basıb – Qurumlar məsuliyyətdən yayınır?

İdman
Bu gün, 15:55

"Sumqayıt" amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Bu gün, 15:04

Sumqayıtda yeni asfaltın ömrü uzun sürmədi - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
Bu gün, 14:29

Sumqayıtda xəstəxana 11 milyon manata təmir olunacaq

Bütün xəbərlər
Bu gün, 13:55

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:12

Mehdi Hüseynzadə adına stadionun rəhbəri dəyişir? - İDDİA

Bütün xəbərlər
Bu gün, 12:35

Sumqayıtda küçələrin işıqlandırılması 623 min manata başa gələcək

İdman
Bu gün, 12:00

66 yaşlı sumqayıtlı cüdoçu Avropada yüksək yer tutdu

Bütün xəbərlər
Bu gün, 11:51

Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanıldı

Bütün xəbərlər
Bu gün, 11:25

Xəzər dənizində zəlzələ baş verib

Bütün xəbərlər
Bu gün, 11:01

Ceyranbatanda gənc oğlan bıçaqlandı - Şübhəli saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:27

Bakı Metropolitenində iş saatı dəyişdirilir

Bütün xəbərlər
Bu gün, 09:59

Sumqayıt bulvarında gecə gəzintisinə çıxan "qonaqlar"

Bütün xəbərlər
Bu gün, 09:11

Dostuxanım Zülfüqarova dünyasını dəyişdi...

İdman
Dünən, 19:00

"Sumqayıt" heyətini Rüstəm Əliyevlə gücləndirdi

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda içməli su israf olunur - İDDİA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt sakinləri nədən narazıdır - PROBLEMLƏR BİTMİR

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

Bütün xəbərlər
Dünən, 17:09

2027-ci ildə Həcc ziyarəti 6100 dollara başa gələcək

İdman
Dünən, 16:45

"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb

Oxşar xəbərlər