Sumqayıtlı boksçu Avropa çempionatında yarımfinala yüksəlib.
Sumqayit24.az xəbər verir ki, Poreçdə keçirilən U-23 Avropa çempionatında Məhəmmədəli Aşırəliyev (60 kq) uğurlu çıxışlarını davam etdirir.
Belə ki, idmançı 1/16 finalda yunanıstanlı Georgios Pliasa 3:2, 1/8 finalda israilli Abdullah Rahala 5:0, 1/4 finalda isə ispaniyalı Brandon Hinea Kollasosa 5:0 hesabı ilə qalib gəlib.
Bu nəticə ilə yarımfinala yüksələn boksçumuz özü üçün ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, Məhəmmədəli Aşırəliyev Sumqayıt 1 nömrəli İOEUGİŞM-in yetirməsidir. İdmançının məşqçisi Rüfət Aslanovdur.