Sumqayıtda zavodlardan birindən yayılan tüstü əhalinin ciddi narahatlığına səbəb olub.
Sumqayit24.az-a bu barədə şəhər sakinləri məlumat veriblər.
Vətəndaşların iddiasına görə, Sumqayıt İstilik Elektrik Stansiyasından (İES) ətrafa tüstü yayılır. Onlar tüstünün ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərə biləcəyindən olduqca narahatdırlar.
Redaksiyamız məsələni aydınlaşdırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinə sorğu ünvanlayıb.