Sumqayıt sakinləri Kürdəmir rayonunda qəzaya uğrayıblar.
Sumqayit24.az xəbər verir ki, hadisə Sığırlı kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mitsubishi" markalı avtomobil hərəkətdə olarkən qəfil idarəetmədən çıxaraq yol kənarındaki beton dirəyə çırpılıb.
Qəza zamanı Bakı və Sumqayıt sakinləri - 1946-cı il təvəllüdlü Məxmər Qaraşova, 1979-cu il təvəllüdlü Maxsud Qaraşov, 1990-cı il təvəllüdlü Aytac Qaraşova və 2010-cu il təvəllüdlü Yusif Qaraşov xəsarətlər alıblar.
Onlar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.