Sumqayıt şəhərində yağışın müəyyən fəsadlar yaratdığı qeyd olunur.
Bu barədə Sumqayit24.az-a yerli sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, yağıntıdan sonra 52-ci məhəllə ərazisində yollar su və palçıqla örtülüb. Nəticədə həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
"Bu yollar bərbad gündədir. Yağış yağdıqda bura keçmək mümkün deyil. İşıqlandırma sistemi də yoxdur. Gecələr buralar zülmət qaranlıq olur. Sanki həyat dayanıb. Nə işıq var, nə də yol yaxşıdır", - deyə vətəndaş narazılığını bildirib.
Şikayətçilər aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və mövcud problemlərin aradan qaldırılmasını tələb edirlər.