Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəkillik fəaliyyətinə başlayır. Bu haqda bu gün, 1 iyul tarixində E-huquq.az-a istinadən xəbər veririk.
Pərviz Hacıyev bu gün təntənəli andiçmə mərasimində iştirak edib. İxtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vuran Hacıyev vəkilliyə qəbul olunub. Ona yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilib.