Bu ilin 20-31 mart tarixlərində (bayram günləri) Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.
Sumqayit24.az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, iş və istirahət günlərinin ardıcıllığının təmin olunması məqsədilə Nazirlər Kabineti tərəfindən edilmiş dəyişikliyə əsasən, 1 aprel tarixində qatarlar iş günlərinin qrafikinə uyğun hərəkət edəcək.