Bakı-Sumqayıt qatarlarında sərnişin sıxlığı yaranır. Sumqayıt24 bu haqda 11 sentyabr tarixində xəbər verir.
İnsanların iradları Sumqayıt-Pirşağı-Bakı xəttində reyslərin azaldılması ilə bağlıdır. Hazırda saat 7:00-8:00 aralığında xətt üzrə cəmi iki reys hərəkət edir. Halbuki qısa müddət öncə həmin vaxt intervalında 4 reys xidmət göstərirdi.
Şikayətçilər əlavə ediblər:
“Xətt üzrə saat 07:40-dan əlavə, 07:50-də də reys olurdu. İndi isə yalnız saat 07:15 və 07:40-da qalıb. İki reysin sərnişinləri bir qatara sığmırlar. Qatara minmək bir dərd, düşmək də ki ayrı”.