"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Abşeron dairəvi dəmir yolu ilə (Bakı-Sumqayıt qatarları) səfər edən sərnişinlərə müraciət edib.
Sumqayit24.az xəbər verir ki, qurum müraciətində qatarlarda başqaları üçün yer saxlamaq, bu məqsədlə həmin yerə əşya qoyaraq onu məşğul etmək digər sərnişinlərin hüququnu pozduğunu bildirib.
"Şəhərətrafı gediş üçün ödəniş etmiş sərnişinin istənilən boş yerdə oturmaq hüququ var", - müraciətdə qeyd olunur.